İspaniya polisi “Vuelta España” velosiped yarışının final mərhələsi zamanı Madriddə etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edib.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə "El País" qəzeti məlumat yayıb.
Hadisə çoxsaylı iştirakçılardan ibarət nümayiş zamanı baş verib. Etirazçılar İsrail komandasının yarışda iştirakı əleyhinə çıxıblar.
Finiş xəttinə yaxın təxminən yüz nəfər etirazçı qoruyucu baryerləri sındırmağa çalışıb.
"Cebheinfo.az"