AZ

Bu sanksiyalar Putinə qarşı deyil Senator

Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ-ın Rusiyaya qarşı sanksiyaları nəticə vermədi, ona görə də yeni paket Rusiyadan ucuz enerji məhsulları alan Braziliya, Hindistan və Çini hədəf alacaq.

Axar.az xəbər verir ki, bunu respublikaçı senator Lindsi Qrem "NBC Nyus"a açıqlamasında bildirib.

"İcazə verin, sizə deyim ki, bu qanun layihəsi (sanksiyalar) Putinə qarşı deyil. Bu, Çin, Hindistan, Braziliya və Rusiyanı ucuz rus neft və qaz almaqla dəstəkləyən digər ölkələrə yönəlib", - Qrem deyib.

O, avropalıları ABŞ prezidenti Donald Trampın yanaşmasını dəstəkləməyə və ucuz Rusiya neft-qazına tariflər tətbiq etməyə çağırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
2
axar.az

3Mənbələr