Rusiya Daxili İşlər Nazirliyi (DİN) xaricdən yönələn müxalif qüvvələrin seçkiləri pozmaq cəhdinin qarşısını alıb.
APA "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya DİN-in İctimai Asayişin Təminatı Baş İdarəsinin rəisi Lenar Qabdrahmanov bildirib.
Onun sözlərinə görə, xaricdəki müxalif qüvvələr öz azsaylı tərəfdarlarını bu gün saat 12:00-da seçki məntəqələrinə eyni vaxtda gəlməyə çağırmışdılar.
Onun sözlərinə görə, məqsəd giriş və səsvermə qutuları yaxınlığında növbələr yaradaraq bu anları videoya çəkib, sosial şəbəkələrdə “hökumət seçkiləri təşkil edə bilmir” şərhləri ilə paylaşmaq idi.
Qabdraxmanov qeyd edib ki, profilaktik tədbirlər sayəsində bütün cəhdlərin qarşısı alınıb.
"Cebheinfo.az"