AZ

Salah APL tarixində Enndi Koulu keçdi

“Liverpul” bu gün səfərdə “Börnli”ni 1:0 hesabı ilə məğlub edib. 

90deqiqe.Az xəbər verir ki, yeganə qolu Məhəmməd Salah əlavə vaxtda vurduğu penalti ilə edib.

Bu qolla Salah İngiltərə Premyer Liqasında 188-ci qoluna imza ataraq Enndi Koulun (187 qol) rekordunu keçib və tarixi bombardirlər siyahısında təkbaşına 4-cü sıraya yüksəlib. Onun üstündə yalnız Ueyn Runi (208 qol), Qerri Keyn (213) və Alan Şirer (260) qərarlaşıb. Qeyd edək ki, Premyer Liqa 1992-ci ildə yaradılıb.

Hazırda “Liverpul” çempionatda liderdir və mövsümün ilk dörd matçını qələbə ilə başa vurub.

Seçilən
37
90deqiqe.az

1Mənbələr