AZ

İsrailə qarşı koalisiya yaradılmalıdır HƏMAS

Axar.az saytından alınan məlumata görə, ain.az bildirir.

Fələstin HƏMAS hərəkatı ümid edir ki, Qətərin paytaxtı Dohada keçiriləcək Ərəb Dövlətləri Liqası və İƏT sammitində İsrailə təzyiq göstərmək üçün beynəlxalq koalisiya yaradılması qərarı qəbul olunacaq.

Axar.az xəbər verir ki, bu barədə hərəkatın Teleqram kanalında məlumat yayılıb.

"Qəzza sektorunda atəşkəsin bərpası üçün təcili tədbirlər görüləcək, həmçinin beynəlxalq alyans yaradılacaq ki, üzvləri İsrail və onun müttəfiqlərinə təzyiq göstərə bilsinlər", - məlumatda qeyd edilib.

Bildirilib ki, İsrailin son Dohaya hücumu göstərir ki, bu dövlət atəşkəsi bərpa etmək və girovları azad etmək niyyətində deyil, əksinə, Qətərin vasitəçilik missiyasına mane olmağa çalışır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
2
axar.az

3Mənbələr