"Çelsi"nin futbolçusu Mark Quinin zədəsi yoxdur.
Sportinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Entso Mareska məlumat verib.
İtalyan mütəxəssis ispan futbolçunun əsas komandadan uzaqlaşdırıldığını bildirib:
"Markı keçən ildən tanıyırıq. O, hazırda əsas komandada olmayanlardan biridir".
"Çelsi" Mark Quini ötən ilin yayında "Barselona"dan transfer edib. 19 yaşlı forvard mövsümün əvvəlində "Sanderlend"ə icarəyə verilsə də, sonradan geri qaytarılıb.
"Çelsi" Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən biridir. Komandalar arasındakı oyun 5 noyabr tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.