Yazını böyüt
Yazını kiçilt
Sərbəst güləşçimiz Giorgi Meşvilişvili (125 kq) Xorvatiyanın Zaqreb şəhərində keçirilən dünya çempionatında gümüş medal qazanıb.
Hafta.az xəbər verir ki, final görüşündə Meşvilişvili olimpiya mükafatçısı və dünya çempionu iranlı Amir Hüseyn Zare ilə qarşılaşıb.
İdmançımız finalda 0:5 hesabı ilə uduzub.
Bundan əvvəl Nurəddin Novruzov (61 kq) və Arseniy Cioyev (86 kq) bürünc medal əldə ediblər.