AZ

Əraqçi türkiyəli və pakistanlı həmkarları ilə görüşdü

ain.az, Unikal.az portalına istinadən məlumat yayır.

İranın xarici işlər naziri Abbas Əraqçi bazar günü Qətərin paytaxtı Dohada türk və pakistanlı həmkarları ilə görüşüb.

"Unikal" "Mehr" agentliyinə istinadən xəbər verir ki, Əraqçi Dohada keçirilən beynəlxalq konfrans çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan və Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar ilə danışıqlar aparıb.

Görüş zamanı İran, Türkiyə və Pakistan xarici işlər nazirləri ikitərəfli məsələləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.

Qeyd edək ki, Əraqçi İƏT xarici işlər nazirlərinin İsrailin hərbi təcavüzü ilə bağlı fövqəladə iclasında iştirak etmək üçün Dohaya gedib.

Qətərin istəyi ilə təşkil edilən toplantıda İsrail rejiminin kiçik ərəb ölkəsinə qarşı hərbi təcavüzü müzakirə olunacaq. Bazar ertəsi planlaşdırılan İslam-Ərəb sammitinə də yol açacağı gözlənilir.

Prezident Məsud Pezeşkian böhranın müzakirəsində digər dövlət başçılarına qoşularaq liderlər sammitində İranı təmsil edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
unikal.az

1Mənbələr