AZ

Qafqaz İslam Ordusu tərəfindən Bakının azad olunmasından 106 il ötür

Bakı. Trend:

Sentyabrın 15-də Bakının bolşevik-daşnak işğalından azadedilməsindən 107 il ötür.

Trend-inməlumatına görə, 1918-ci ilin məhz bu tarixində tərkibindəAzərbaycan Korpusu da olan Qafqaz İslam Ordusu Bakıya daxil olaraqşəhəri bolşevik-daşnak qüvvələrinin işğalından azad etdi.

Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığızəminində müstəsna əhəmiyyətə malik hadisədir. 70 illik sovethakimiyyəti illərində bu hadisənin məqsədyönlü şəkildə yanlışkontekstdə izah olunmasına baxmayaraq, Azərbaycan xalqı türkəsgərinin qəhrəmanlığını heç vaxt unutmadı, onu qəlbindəyaşatdı.

1918-ci il sentyabrın 10-da Nuru Paşa Bakının azad edilməsinərəhbərliyi bilavasitə öz üzərinə götürür. Nuru Paşanın 10 sentyabrtarixli əmr ilə Şərq cəbhəsi komandanlığı və ona məxsus Şimal qrupuləğv edilir, cəbhədəki bütün birliklərin hərəkatı bilavasitə Qafqazİslam Ordusu komandanlığına həvalə edilir.

Qafqaz İslam Ordusunun komandanlığı döyüşən diviziyalaragöndərdiyi 13.09.1918-ci il tarixli əmri ilə sentyabrın 14-ü saat02-də Bakıya hücumun başlayacağını bildirir.

Bakıya qəti hücumda iştirak etmək üçün təxminən 8000 Osmanlıəsgəri və 7000 nəfərə qədər Azərbaycanın yerli qüvvəsitoplanır.

Gecə saat 2-də 5-ci Qafqaz tüməni Heybət-Biləcəri dəmiryoluistiqamətində irəliləməyə başlayır. 1-ci Bakı müdafiə xətti saat03:00, 2-ci Bakı xətti isə 06:00-da ələ keçirilir. Hücumahazırlaşan düşmən topçu atəşi ilə dağıdılır. Hücumun əsas qəhrəmanıolan 56-cı alay strateji təpələri ələ keçirib qarşısındakı düşmənitəqib edərək irəliləyir. 15-ci alay sərt Biləcəri yamaclarınıtutur, həmin alaya mənsub Maştağa dəstəsi Sabunçunu ələ keçirir.Azərbaycan könüllüləri Keşlə stansiyasını tutur. Açıq savaşdanqaçan ermənilər şəhər daxilində məhəllə, ev davasına keçirlər.Sanki mart soyqırımını təzələmək istəyirlər.

Sentyabr 14-də General Denstervill və Sentrokaspi Diktaturasıhökuməti, Bakı kоmissarları Bakıdan qaçır.

Sentyabrın 15-də Gəncədə "Azərbaycan" qəzetinin ilk sayındaBakının azad edilməsi haqqında xəbərlər dərc edilir: "AzərbaycanXalq Cümhuriyyəti adına Qafqaz İslam Ordusunun komandanı Nuru Paşahəzrətlərinin teleqramı: "Bismillahir rəhmanir rəhim! Bakı şəhəri15.09.1918-ci il, saat 09-a işləmiş igid ordu hissələrimiztərəfindən azad olundu".

Bakı Qafqaz İslam Ordusu tərəfindən azad edildikdən sonrasentyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti GəncədənBakıya köçür. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsasmərhələsinə başlanılır.

Sentyabrın 18-də şəhər ətrafında dayanmış Qafqaz İslam Ordusuqoşun hissələri Bakıya daxil olur. Şəhərin əsl sahibi olanAzərbaycan türkləri müzəffər ordunu xilaskar kimi böyük hərarətləqarşılayır.

Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunur, həm dəermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığınason qoyulur.

Qafqaz İslam Ordusu Bakı döyüşündə təqribən 2000 şəhidverib.

Bakının bolşevik-daşnak işğalından azad edilməsi XX əsrAzərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.

Aradan uzun illər keçsə də, türklər tərəfindən göstərilənqardaşlıq köməyi heç vaxt unudulmayıb, Azərbaycan xalqı tərəfindəndaim minnətdarlıq hissi ilə xatırlanıb və xatırlanacaq.

Məqalədə:
Seçilən
7
1
az.trend.az

2Mənbələr