Demokrat.az xatırladır ki, Azərbaycan paytaxtının azadlığından 107 il ötür.
1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar.
Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.
Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin şərəfli səhifələrindən biridir.
1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Bunsuz isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi.
Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc Azərbaycanın ərazi bütövlüyünü təmin etmək imkanları yetərincə deyildi. Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi. Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi.
10Mənbələr
-
nuh.azBakının işğaldan azad edilməsindən 107 il ötür ( 21340783)
-
far.azBakının erməni-bolşevik işğalından azad olunmasından 107 il ötür ( 21340723)
-
publika.azBakının işğaldan azad edilməsindən 107 il ötür ( 21340570)
-
metbuat.azBakının azad olunmasından 107 il ötür. ( 21340489)
-
sherg.azBakının azad olunmasından 107 il ötür ( 21340468)
-
redaktor.azBakının erməni-bolşevik işğalından azad olunmasından107 İL ÖTÜR ( 21340396)
-
demokrat.azBakının erməni-bolşevik işğalından azad olunmasından 107 il ötür ( 21340369)
-
adalet.azBakının işğaldan azad edilməsindən 107 İL ÖTÜR ( 21340363)
-
musavat.comBakının erməni-bolşevik işğalından azad olunmasından 107 il ötür ( 21340297)
-
axar.azBakının azad olunmasından 107 il ötür ( 21340285)