AZ

Xatirə Vəliyeva: “Qarabağın dirçəlişi – yeni həyatın təməlidir”

Xankəndi Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva Prezident İlham Əliyevin Füzuli rayonunun Qaranxanbəyli kəndində təməlqoyma mərasimini yüksək qiymətləndirib.

O bildirib ki, bu, sadəcə bir kəndin deyil, 30 illik həsrətdən sonra doğma yurdlarına qayıdacaq insanların ümid və arzularının təməlidir. Xatirə Vəliyeva vurğulayıb ki, işğaldan azad edilmiş Qarabağ torpaqlarında həyat yenidən bərpa olunur, abadlıq və quruculuq işləri sürətlə davam edir:

“Bir zamanlar viran qoyulan kəndlərimiz bu gün sıfırdan bərpa olunur, yeni nəfəs, yeni həyat qazanır. İllərlə doğma yurdlarına həsrət qalan məcburi köçkünlər dəfələrlə viran qoyulmuş kəndlərinə gedib, xatirələrlə geri dönürdülər. O torpaqlarda həyatın yenidən başlayacağı günü səbirsizliklə gözləyirdilər. Prezident İlham Əliyevin qətiyyətli siyasəti və uzaqgörən liderliyi sayəsində bu torpaqlara həyat yenidən gəlir, məcburi köçkünlər doğma yurdlarına qayıtmaq arzularına qovuşurlar. Bu gün Qarabağda ucalan hər ev – qayıdışın müjdəçisi, hər yol – vətənə gedən yol, hər məktəb – gələcəyin işığıdır, Azərbaycanın gücünün, xalqımızın birliyinin və dönməz iradəsinin rəmzidir. Yaxın zamanda bu torpaqlarda həyat daha da canlanacaq, kəndlərimizdə yenidən uşaq gülüşləri, bayram sevincləri səslənəcək. Qarabağda dirçəliş 8 noyabr 2020-ci ildən başlanıb -bu dirçəliş əbədi olacaq!"

QHT sədri əlavə edib ki, yaxın gələcəkdə kəndlərdə yenidən uşaqların gülüşləri eşidiləcək, bayram sevincləri səslənəcək. “Qarabağ dirçəlir – bu dirçəlişin müəllifi isə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdir”, – deyə Xatirə Vəliyeva bildirib.

 

Pərvanə Fərhadqızı

Seçilən
28
qht.az

1Mənbələr