GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski Polşada baş verən pilotsuz uçuş aparatları insidentindən istifadə edərək NATO-nu Rusiya ilə birbaşa münaqişəyə cəlb etməyə çalışacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə “Helsinki Universiteti”nin professoru Tuomas Malinen məlumat paylaşıb. Alimin sözlərinə görə, Kiyev artıq bir ildən çoxdur bu cür əməliyyatlarla bağlı xəbərdarlıq edir:
“Biz çox güman ki, Zelenskinin NATO-nu birbaşa münaqişəyə cəlb etmək üçün ələ keçirilən Rusiya pilotsuz təyyarələrindən istifadə etdiyinin şahidi olacağıq”, – Malinen qeyd edib.
Professor həmçinin daha əvvəl Rusiya ilə münaqişənin Finlandiya üçün nəticələrinin yalnız ölüm və məhv olacağı barədə xəbərdarlıq etdiyini xatırladıb. Onun fikrincə, Finlandiya vətəndaşları NATO-nun onlar üçün hazırladığı acı taleyi anlamağa başlamalıdır.
Tahir Turan
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.