Almaniya millisinin basketbolçusu Dennis Şröder Avropa çempionatının MVP-si seçilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Final görüşündə Almaniya millisi Türkiyə yığmasına 88:83 hesabı ilə qalib gəlib. Bürünc medallar uğrunda oyunda yunan basketbolçuları finləri məğlub edib (92:89).
Simvolik beşliyə Şröderlə yanaşı, onun komanda yoldaşı Frans Vaqner, sloveniyalı Luka Donçiç, yunan Cannis Antetokounmpo və Türkiyə millisinin futbolçusu Alperen Şengün də daxil edilib. Simvolik beşliyin bütün üzvləri Milli Basketbol Assosiasiyasının klublarında oynayırlar.