AZ

"Barselona" “Valensiya”nı 6:0 məğlub edib

Futbol üzrə İspaniya La Liqasında 4-cü turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün son matçında "Barselona" "Valensiya" ilə üz-üzə gəlib.

Kataloniyalılar inamlı qələbə qazanıb: 6:0.

Ev sahibi komandanın heyətində Fermin Lopez, Rafinya və Levandovski adama 2 dəfə fərqləniblər.

Bu nəticədən sonra xallarının sayını 10-a çatdıran "Barsa" lider "Real"ın ardından turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.

Madrid təmsilçisi isə 4 oyuna maksimum nəticə qazanıb: 12 xal, 1-ci yer.

Seçilən
18
5
apa.az

10Mənbələr