AZ

Netanyahu və Rubio "Ağlama divarı"nda dua etdi - Video

İsraildə səfərdə olan ABŞ dövlət katibi Marko Rubio bu ölkənin baş naziri Benyamin Netanyahu ilə birgə "Ağlama divarı"nı (Qərb divarı) ziyarət edib.

Publika.az xəbər verir ki, bu barədə Netanyahunun "Telegram" kanalında bildirilib.

"Biz yəhudi xalqının və İsrail dövlətinin əsl dostu olan ABŞ prezidenti Donald Trampın adından girovlar üçün dua etdik ", - Netanyahu qeyd edib.

O vurğulayıb ki, ABŞ-İsrail ittifaqı "Qərb divarının daşları qədər güclü və davamlıdır".

Xatırladaq ki, sentyabrın 12-də Rubio Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatının saxladığı girovların qohumları ilə görüşüb.

Seçilən
32
publika.az

1Mənbələr