AZ

Husilər İsraildə iki hədəfə hücum etdilər

BAKI, 15 sentyabr. TELEQRAF

Yəmənin “Ənsar Allah” hərəkatından olan husilər İsraildə iki hədəfə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endiriblər.

Teleqraf xəbər verir ki, bu barədə üsyançı hərəkatın nümayəndəsi Yəhya Sarianın bəyanatında deyilir.

"Yəmən Silahlı Qüvvələri dörd pilotsuz uçuş aparatı ilə uğurlu əməliyyat keçirib. Onlardan üçü Umm ər-Raşraş (Eylatın ərəbcə adı - red.) bölgəsində yerləşən Ramon hava limanına, dördüncüsü isə Negev bölgəsindəki hərbi hədəfə yönəldilib", - üsyançıların nəzarətində olan "Al Masirah" televiziya kanalının yayımladığı müraciətdə Saria bildirib.

Seçilən
46
teleqraf.com

1Mənbələr