AZ

Madriddə 100 mindən çox insan Fələstinə dəstək mitinqlərinə qatıldı

BAKI, 15 sentyabr. TELEQRAF

İspaniyanın paytaxtı Madriddə Fələstinə dəstək mitinqlərinə 100 mindən çox insan qatılıb.

Teleqraf xəbər verir ki, bu barədə “El País” nəşri yazıb.

İspaniyanın Baş naziri Pedro Sançes mitinq iştirakçılarını dəstəkləyərək, onların hərəkətlərinə heyran olduğunu bildirib.

İsrailin xarici işlər naziri Gideon Saar ispaniyalı nazirin mitinq iştirakçılarını dəstəkləməsini “rüsvayçılıq” adlandırıb.

Aksiya nəticəsində azı 22 polis əməkdaşı xəsarət alıb. Mitinqin bir neçə iştirakçısı həbs edilib.

Seçilən
37
teleqraf.com

1Mənbələr