AZ

Polşa Ukrayna üzərində uçuşsuz zonanın yaradılmasına çağırış etdi

BAKI, 15 sentyabr. TELEQRAF

Ukrayna üzərində uçuşsuz zonanın tətbiq edilməsi barədə düşünmək lazımdır.

Teleqraf xəbər verir ki, bu bəyanatla Polşanın xarici işlər naziri Radoslav Sikorski çıxış edib.

Sikorski vurğulayıb ki, belə bir qərarı Polşa yalnız müttəfiqləri ilə birlikdə qəbul edə bilər.

“Biz bu ideyanı bir il əvvəl, Cozef Bayden hələ ABŞ prezidenti olarkən müzakirə etmişdik. Texniki cəhətdən biz, NATO və Aİ olaraq, bunu etmək iqtidarındayıq, lakin bu qərarı Polşa təkbaşına deyil, yalnız müttəfiqlərlə birlikdə qəbul edilə bilər”, - Polşa XİN başçısı deyib.

Seçilən
13
teleqraf.com

1Mənbələr