AZ

Danimarka ABŞ-nin “Patriot” sistemindən imtina edib

Bakı. Trend:

ABŞ Dövlət Departamenti əvvəlcə Danimarkaya hər biri üçburaxılış qurğusundan ibarət iki “Patriot” batareyasını və əlaqəliavadanlıqları 8,5 milyard dollara satmağa razılaşmışdı.

Trend xəbər verirki, sonradan qiymət 3,2 milyard dollara endirilsə də, müqavilə hələdə imzalanmayıb.

“Defense Express” yazır ki, Danimarka ümumilikdə hava hücumundanmüdafiə təchizatına 8 milyard dollardan az vəsait ayırmağıplanlaşdırır. Lakin yüksək qiymət səbəbindən Kopenhagen sonda ABŞistehsalı olan “Patriot” sistemləri əvəzinə Avropanın SAMP/T NGkomplekslərini seçmək qərarına gəlib.

Məlumata görə, Danimarka ən azı dörd SAMP/T NG sistemi sifarişetməyi planlaşdırır. Ümumilikdə isə ölkə 7,77 milyard avro sərmayəyatıraraq, qısa və orta mənzilli komplekslər də daxil olmaqla, havahücumundan müdafiə sistemlərinin sayını 32-yə çatdırmağı nəzərdətutur.

Seçilən
26
az.trend.az

1Mənbələr