AZ

Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il21 avqust tarixli Fərmanına əsasən sentyabrın 15-i ölkəmizdə BilikGünü kimi qeyd olunur. Prezident İlham Əliyevin təhsilə diqqət vəqayğısı, Heydər Əliyev Fondunun müvafiq istiqamətdə həyatakeçirdiyi layihələr nəticəsində son illər Azərbaycan təhsili yeniinkişaf mərhələsinə qədəm qoyub. Bu gün təhsil sisteminin bütünpillələri üzrə dövlət proqramları uğurla icra edilir.

Trend xəbər verirki, sentyabrın 15-də ümumi təhsil müəssisələrində ilk dərs“Konstitusiya və Suverenlik İli”nə həsr olunacaq.

Yeni tədris ilində ölkə üzrə I siniflərə 132 min 261,məktəbəhazırlıq qruplarına isə 89 min uşaq qəbul olunub.

2025–2026-cı tədris ilində ümumilikdə 1,6 milyon şagirdin təhsilalacağı proqnozlaşdırılır. Onların 130 mindən çoxu birinci sinifdə,552 mini ibtidai, 796 mini ümumi orta, 246 mini isə tam orta təhsilsəviyyəsində oxuyacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəkiməktəblərdə ümumilikdə 505 min 766 şagird təhsil alacaq. Buməktəblərin I sinfində 39 min 622, IX sinfində 47 min 438, XIsinfində 35 min 134, XII sinfində isə 124 şagirdin təhsil alacağıgözlənilir. Paytaxtın məktəbəhazırlıq qruplarına 21 min 491 uşaqcəlb olunacaq. BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədərtəhsil müəssisələrinə isə 35 min 28 uşaq qəbul olunub. Hazırdapaytaxtda 28 min 127 müəllim, məktəbəqədər müəssisələrdə isə 4149tərbiyəçi-müəllim çalışır. Ümumilikdə BŞTİ-nin tabeliyində 673təhsil müəssisəsi və 9 məktəbdənkənar müəssisə fəaliyyətgöstərir.

Yeni tədris ilində ölkə üzrə təxminən 2,2 milyon təhsilalan və300 minə yaxın təhsilverən fəaliyyət göstərəcək. Məktəbəqədərtəhsildə 226 min, ümumi təhsildə 1,6 milyon, peşə təhsilində 40min, orta ixtisas təhsilində 63 min, ali təhsildə isə 246 minnəfərin təhsil alacağı nəzərdə tutulur.

Son illərdə 600-ə yaxın məktəb tikilib və əsaslı təmir olunub,qəzalı məktəblərin sayı isə 2 dəfədən çox azalaraq 400-ə enib.

Cari tədris ilində 312 ümumi təhsil müəssisəsində metodik dəstəkxidməti fəaliyyətə başlayacaq, 14 məktəbdə yeni təmayül tədrismodeli pilot olaraq tətbiq ediləcək.

Təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması, yenibinaların tikintisi və onların müasir avadanlıqla təchizi gəncnəslin daha bilikli yetişməsinə xidmət edir. Həmçinin işğaldan azadedilmiş ərazilərdə Böyük Qayıdışa dair I Dövlət Proqramıçərçivəsində təhsil müəssisələrinin tikintisi və bərpası davamedir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda 14 məktəb fəaliyyətgöstərir. Bu məktəblərdə 2807 şagird oxuyur, 334 nəfərdən ibarətpedaqoji heyət çalışır. 2025–2026-cı tədris ilində Ağdam, Ağdərə,Xocalı, Cəbrayıl və Kəlbəcərdə daha 11 məktəbin açılması nəzərdətutulur.

Son on ildə ali təhsil müəssisələrinə qəbul 40 faizdən çoxartıb. Dövlət sifarişi əsasında təhsil alan tələbələrin sayıəvvəlkindən 2 dəfə çox olub.

2026-cı il üçün 75 min tələbə qəbul hədəfi müəyyən edilib.Təhsil Tələbə Krediti Fondu vasitəsilə indiyədək 63 min kreditmüqaviləsi imzalanıb.

Son 4 ildə lisey və gimnaziyalara qəbul iki dəfəyə qədər artıb.2022–2023-cü tədris ilində 15 müəssisəyə 2638 şagird, 2023–2024-cütədris ilində 32 müəssisəyə 3815 şagird, 2024–2025-ci tədris ilində34 müəssisəyə 3672, 2025–2026-cı tədris ili üzrə 39 müəssisəyə 4784şagird qəbul olunub. Gələcəkdə lisey və gimnaziyaların sayının dahada artırılması planlaşdırılır.

Yeni tədris ilində Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə Bakışəhərində “Rəqəmsal məktəb” platforması 353 məktəbdə 500 mindən çoxşagirdi və 30 mindən çox işçi heyətini əhatə edəcək. Platformatəhsil prosesini rəqəmsallaşdırmaq, dərslərin və tapşırıqlarınidarə olunmasını asanlaşdırmaq, valideyn-müəllim-şagird əlaqəsinigücləndirmək məqsədi daşıyır. Bu platformanın artıq 23 nömrəli tamorta məktəbdə tətbiqinə başlanılıb, qəbul prosesləri də platformaüzərindən həyata keçirilir. Şagirdlər dərs cədvəli, tapşırıqlar,videodərslər və digər materiallara bir mərkəzdən çıxış əldə edəbilirlər. Valideynlər isə övladlarının təhsil göstəriciləriniizləyə bilərlər. Platforma www.reqemsal.edu.az ünvanında fəaliyyətgöstərir. Layihənin növbəti mərhələlərdə ölkənin digərregionlarında da tətbiqi nəzərdə tutulur.

Yeni tədris ilində “Gənclərin xarici ölkələrin nüfuzlu alitəhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illərüçün Dövlət Proqramı” çərçivəsində bakalavriat səviyyəsi 125,magistratura səviyyəsi üzrə 356, doktorantura səviyyəsi üzrə isə 19nəfər olmaqla, ümumilikdə 500 nəfər təqaüdçü adını qazanıb.

Hər il 500 nəfərədək Azərbaycan Respublikası vətəndaşınınxaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat,magistratura və doktorantura səviyyələrində təhsil alması təminolunur. 2022-ci ildən bəri 1752 nəfər proqram çərçivəsində buhüququ qazanıb.

Elm və Təhsil Nazirliyi peşə təhsilinin inkişafı istiqamətindədə ardıcıl addımlar atır. 2020–2021-ci tədris ilində peşətəhsilində 15 min tələbə oxuyurdusa, 2026–2027-ci illərdə bu sayın28 minə çatdırılması hədəflənir. 2025–2026-cı ildə qəbul ediləntələbələrin 75 faizi dövlət sifarişi ilə təhsil alacaq. Qəbulyerlərinin 60 faizi regionlara, 40 faizi isə Bakı şəhərinə ayrılıb.İdarəetmə və maliyyələşmə mexanizminin təkmilləşdirilməsi məqsədilə9 müəssisədə adambaşına maliyyələşmə sistemi tətbiq edilir.

Beləliklə, istər məktəbəqədər, istərsə də ümumi və ali təhsilininkişafı istiqamətində həyata keçirilən islahatlar sayəsindətəlim-tədris mühiti daha da yaxşılaşdırılır. Bu isə təhsilin müasirdövrün tələblərinə uyğunlaşdırılmasına möhkəm zəmin yaradır.

Seçilən
30
11
az.trend.az

10Mənbələr