AZ

Dron hücumları təşviş yaratdı: Üçüncü Dünya müharibəsi başlayır? Çin detalı

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Rusiyanın Polşa ərazisinə pilotsuz uçuş aparatları ilə hücumunu təsadüf adlandırmağın mümkün olmadığını bildirib. O, 19 dronun sərhədi keçməsinin məqsədli siqnal olduğunu vurğulayıb. Kelloq həmçinin Ukraynanın müharibədə uduzmayacağına əmin olduğunu və tarixi dərslər alınmazsa Üçüncü Dünya müharibəsi riskinin artacağını qeyd edib.

Kelloqun fikrini nəzərə alaraq, hazırkı geosiyasi gərginlik real olaraq qlobal müharibə riskini nə dərəcədə artırır?

Globalinfo.az-a danışan politoloq Xəqani Cəfərli deyib ki, Rusiyanın Polşa ərazisinə dronlar göndərməsi gərginliyi artırır:

“Rusiyanı buna vadar edən isə düşdüyü uğursuzluqdur. Bir neçə gün ərzində Ukraynaya qalib gələcəyini düşünən Rusiya Kiyevin təslim olmadığını gördükdən sonra strategiyasını dəyişdi. Həmin strategiya Qərbi yormaq və Ukraynanı tükəndirməkdən ibarət idi. Bu strategiya da uğursuzluğa düçar olduqdan sonra Moskva bütün ümidini Trampla anlaşmaya bağlamışdı. Trampın iqtidarının ilk vaxtları hər şey Moskvanın istədiyi kimi gedirdi. Lakin Avropanın qətiyyətli mövqeyi və Ukraynanın dirənişi bu strategiyanın da iflasına səbəb oldu. İndi Rusiya Avropa ölkələrini birbaşa hərbi müdaxilə ilə şantaj etməyə başlayıb. Ancaq bu da əleyhinə işləyir. Çünki Qərbin Ukraynaya dəstəyi artacaq. Bu isə şübhəsiz ki, Ukraynanın hərbi və diplomatik üstünlüyünü artıracaq”.

Xəqani Cəfərli

Politoloq qeyd edib ki, Kelloqun Üçüncü Dünya müharibəsi ilə bağlı narahatlığı təbiidir, amma ciddi əsası yoxdur:

“Çin razılıq verməyincə Rusiya Üçüncü Dünya müharibəsinə cəsarət edə bilməz. Bu, Çinin maraqlarına ziddir”.

Beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli isə bildirib ki, son dron hücumları NATO-nun hərbi reaksiya qabiliyyətinin zəif olduğunu göstərdi:

“19 drondan yalnız dördü, o da Niderland hava gəmiləri tərəfindən məhv edildi. Hesablamalara görə, həmin dronları zərərsizləşdirmək üçün çox bahalı raketlərdən istifadə olunub.

Əziz Əlibəyli

Bu hadisələr NATO-nun raketdən müdafiə sistemlərinin qeyri-effektiv olduğunu üzə çıxardı və üzv ölkələr arasında narahatlıq yaratdı. Müdafiə qabiliyyətinin zəifliyi həm də alyans daxilində parçalanma riskini artırır. Bundan əlavə, NATO indi kollektiv müdafiə mexanizmlərinin təkmilləşdirilməsi və müasir silahların tətbiqi məsələsini müzakirə edir. Lakin aydın olur ki, alyans hələ də Rusiyanın yeni hücum vasitələrinə qarşı effektiv alternativlərə malik deyil. Nəhayət, bu hücumlar NATO-nun “birinə hücum – hamıya hücum” prinsipi kimi tanınan beşinci maddəsinin də praktik sınağına çevrildi və mexanizmin yetərincə işləmədiyini ortaya qoydu. Bütün bunlar alyans üçün ciddi nüfuz itkisinə səbəb oldu”.

Ləman İmran

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
globalinfo.az

1Mənbələr