AZ

Trampdan şok iddia - Soros ABŞ-ı dağıtmaq üçün milyonlar xərcləyır…


ABŞ prezidenti Donald Tramp milyarder iş adamı Corc Soros və ailəsini ölkədəki etiraz aksiyalarını maliyyələşdirməkdə ittiham edib.

"Sorosla bağlı araşdırma aparacağıq, çünki mən hesab edirəm ki, bu, ona və başqalarına qarşı RICO işidir. Bu, sadəcə olaraq etiraz aksiyaları deyil, daha böyük təhlükədir. Bu, əsl təhrikdir. Bunlar küçələrdə baş verən iğtişaşlardır, biz bunu araşdıracağıq" – deyə Tramp bildirib.

Tramp həmçinin iddia edib ki, etirazçılar “peşələrinə (etiraz aksiyalarına) görə Soros və başqalarından milyonlarla pul alıblar”.

Ağ Ev isə Tramp administrasiyasının RICO Aktı çərçivəsində Sorosla bağlı araşdırmaya başlayacağını açıqlayıb.

TAHİR

Seçilən
47
baki-xeber.com

1Mənbələr