AZ

DYP yeni tədris prosesinin başlanması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Bakı. Trend:

Yeni tədris prosesinin başlanması ilə bağlı Baş Dövlət YolPolisi (DYP) İdarəsi hərəkət iştirakçılarına müraciət edib.

İdarədən Trend-əbildirilib ki, müraciətdə deyilir:

“Tədris prosesinin başlanması ilə paytaxtın küçə vəprospektlərində nəqliyyatın hərəkəti daha da intensivləşir. Bu, ilknövbədə məktəb və bağça ətrafında, eləcə də ali təhsilmüəssisələrinin yerləşdiyi ərazilərdə özünü göstərir. Belə şəraitdəhəm sürücülərin, həm valideynlərin, həm də şagird və tələbələrinqaydalara ciddi əməl etməsi xüsusi əhəmiyyət daşıyır.

Sürücülərdən xahiş olunur ki, zəruri olmadıqda şəxsiavtomobildən istifadə etməsinlər, ictimai nəqliyyata üstünlükversinlər, dayanma-durma qaydalarını pozmasınlar və təhsilmüəssisələrinin yaxınlığında sürəti azaldaraq daha diqqətliolsunlar.

Valideynlər uşaqları məktəbə gətirərkən kortej şəklində hərəkətetməməli, imkan daxilində eyni nəqliyyat vasitəsindən bir neçəşagirdin daşınması üçün istifadə etməli, avtomobilləri yalnız icazəverilən yerlərdə saxlamalıdırlar. Uşaqların avtomobildən düşməsizamanı onların mütləq səkiyə yaxın qapıdan çıxmasına nəzarətedilməlidir.

Piyadalar, o cümlədən şagird və tələbələr, yalnız nişanlanmışpiyada keçidlərindən istifadə etməli, qəfil yola çıxmamalı, hərəkətzamanı isə diqqətlərini yayındıran amillərdən uzaqdurmalıdırlar”.

Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris prosesinin başlanmasımünasibətilə bütün təhsil ictimaiyyətini bir daha təbrik edir vəxatırladır ki, yollarda təhlükəsizliyin təmin olunması hər birhərəkət iştirakçısının məsuliyyətli davranışından asılıdır.

Seçilən
44
49
az.trend.az

10Mənbələr