AZ

Rumıniya Rusiyanın səfirini dron insidenti ilə bağlı XİN-ə çağırıb

Rusiya səfiri Buxarestdə ölkənin hava məkanının Rusiya dronu tərəfindən pozulmasına etiraz olaraq nazirliyə çağırılıb. Bu barədə Rumıniya Xarici İşlər Nazirliyi məlumat verib.

XİN rəhbəri Oana Țoiu X sosial şəbəkəsində qeyd edib ki, Rumıniya Hərbi Hava Qüvvələri iki F-16 qırıcısı qaldıraraq dronun hərəkətini hava məkanını tərk edənədək izləyib.

 NATO üzvü olan Rumıniya 2023-cü ildən bəri, Rusiya Ukrayna ilə Dunay sərhədinə zərbələr endirməyə başladıqdan sonra dəfələrlə öz ərazisində Rusiya dronlarının qalıqlarını qeydə alıb.

NATO bu kimi halları yaxından izlədiyini bildirir, amma hələlik onları qəsdən hücum deyil, təsadüfi insident hesab edir.

N.Təbrizli

Seçilən
27
anews.az

1Mənbələr