AZ

Çində qızıldan hazırlanmış loqotipi olan BYD avtomobilləri satışa çıxarılıb

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çində yeni "BYD Yangwang U8L" flaqman krossoveri təqdim edilib.

Oxu.Az bu barədə Carnewschina.com portalına istinadla xəbər verir.

Avtomobilin qiyməti 1.28 milyon yuandır (təqribən 306 min manat - red.).

Yeni U8L-in uzunluğu 5 400 mm, eni 2 049 mm, hündürlüyü isə 1 921 mm-dir. Təkər bazası 3 250 mm təşkil edir.

Avtomobildə dar faralar və matris radiator barmaqlığı var. Yolsuzluq avtomobili "Oracle" loqotipi ilə təchiz edilib. O, xalis 24 karat qızıldan hazırlanıb.

Qeyd olunur ki, avtomobil 1 180 at gücünə malik hibrid güc qurğusu ilə təmin edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
8
oxu.az

9Mənbələr