AZ

Mançester Yunayted tarixində hələ Amorim kimisi olmamışdı STATİSTİKA

ain.az, Fanat portalına istinadən məlumat yayır.

"Mançester Yunayted" Ruben Amorimin rəhbərliyi altında uğursuz nəticələr göstərməkdə davam edir. 

Fanat.Az xəbər verir ki, “qırmızı şeytanlar” bazar günü derbidə “Mançester Siti”yə 0:3 hesabı ilə məğlub olub. 

"Sky Sports"-un məlumatına görə, portuqaliyalı məşqçi statistikanın hesablanmasının ilk ilindən (1940-cı illərin əvvəlindən) bəri MY-nin bütün baş məşqçiləri arasında ən pis qələbə faizinə malikdir. Onun rəhbərliyi altında mankunianlılar matçların cəmi 36,17 faizində qələbə qazanıb. 

Reytinqə Aleks Ferqyuson (59,67 faiz) başçılıq edir, Joze Mourinyu (58,33 faiz) və Erik ten Haq (54,69 faiz) ilk "üçlük"dədir. 

Ruben Amorim keçən ilin noyabrında Erik ten Haqın yerinə "Mançester Yunayted"in baş məşqçisi olub.

Mirağa

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
1
fanat.az

2Mənbələr