AZ

NATO qoşunları Polşaya gələcək

NATO

Polşa prezidenti ölkə ərazisində NATO qoşunlarının yerləşdirilməsinə icazə verib.

Reyting.az
xəbər verir ki, bu barədə sentyabrın 14-də Polşa Milli Təhlükəsizlik Bürosu məlumat yayıb.

Prezidentin qərarı NATO-nun Avropanın şərq cinahının müdafiəsini gücləndirmək məqsədilə həyata keçirdiyi hərbi "Şərq keşikçisi" ("Eastern Sentry") əməliyyatı çərçivəsində qəbul edilib.

Milli Təhlükəsizlik Bürosu qeyd edib ki, dövlət başçısının bu sərəncamı qapalı xarakter daşıyır.

"Şərq keşikçisi" əməliyyatı 12 sentyabrda başlayıb. NATO Baş katibi Mark Ryutte bəyan edib ki, alyans belə bir missiyaya Rusiyanın addımlarına cavab olaraq start verib.

Xatırladaq ki, sentyabrın 10-da Rusiyaya məxsus olduğu bildirilən təxminən 20 pilotsuz uçuş aparatı Polşanın hava məkanını pozub, onlardan bir neçəsi isə havaya qaldırılmış qırıcılar tərəfindən vurulub. Məlumatda həmçinin qeyd olunur ki, ilk dəfə Rusiya dronları məhz NATO-nun ərazisində vurulub.

Oqtay QORÇU
Seçilən
37
1
reyting.az

2Mənbələr