AZ

Dənizdə silahlanma: ABŞ liderdir, Çin yaxınlaşır, Rusiya...

Rusiya gəmiqayırma göstəricilərinə görə ABŞ-ı ötməyə müvəffəq olub və bu tendensiya qorunub saxlanılarsa, gələcəkdə dənizdəki mövqeyi xeyli möhkəmlənə bilər.

Publika.az xəbər verir ki, bunu Lenta.ru-ya müsahibəsində iqtisad elmləri namizədi və IMEMO RAS-ın aparıcı elmi işçisi Aleksandr Polivaç deyib.

"Hərbi gəmiqayırma ilə məşğul olmağa çox vaxt sərf etdik, lakin son beş ildə biz sürət yığdıq. Biz sürət baxımından ABŞ-ı, hətta bir qədər üstələdik. Əgər Rusiya bu tendensiyanı qoruyub saxlasa, yaxın illərdə onun dənizdəki mövqeyi nəzərəçarpacaq dərəcədə güclənəcək", - ekspert vurğulayıb.

Polivaxın qeyd etdiyi kimi, ABŞ dəniz gücündə lider olmasına baxmayaraq, sənaye potensialının yaradılmasında çətinliklərlə üzləşir. Eyni zamanda, Çin gəmi istehsalında ciddi şəkildə irəliləyir.

Seçilən
0
publika.az

1Mənbələr