AZ

Tramp Avropanı Rusiyadan neft almamağa çağırıb

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ prezidenti Tramp Nyu Yorkdan Vaşinqtona qayıdarkən təyyarədə mətbuat mənsublarının suallarını cavablandırıb.

Banco.az xəbər verir ki,  ABŞ prezidenti Donald Tramp Avropa ölkələrini Rusiyadan neft almamağa çağırıb. 

"NATO bir araya gəlməlidir. Avropa bir araya gəlməlidir. Avropa ölkələri hələ də Rusiyadan neft alırlar.  Avropanın Rusiyadan neft almasına qarşı çıxan tək biz ola bilmərik. Onların neft almasını istəmirəm. Onların tətbiq etdiyi sanksiyalar kifayət qədər sərt deyil. Mən sanksiyalar tətbiq etməyə hazıram, amma onlar da mənim etdiklərimə mütənasib şəkildə sanksiyaları sərtləşdirməli olacaqlar" deyib.

Rusiyaya qarşı addım atmağa hazır olduğunu qeyd edən Tramp Avropa ölkələrinin də oxşar siyasətlə hərəkət etməli olduğunu müdafiə edib.

Seçilən
11
1
banco.az

2Mənbələr