AZ

İsveçrə bankı ABŞ-a köçə bilər

Yazını böyüt
Yazını kiçilt

İsveçrənin ən böyük bankı UBS hökumətin yeni maliyyə tələbləri ilə bağlı narazılıq fonunda ABŞ-a köçə bilər.

Hafta.az xəbər verir ki, bu barədə “New York Post” mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, bank rəhbərliyi ölkə hakimiyyətinin tələblərindən son dərəcə narazıdır, ona görə, UBS-in “təhlükəsizlik yastığı” 26 milyard dollara qədər artmalıdır. Bankın top menecmenti hesab edir ki, bu, UBS-in qlobal bazarda rəqabət qabiliyyətinin itirilməsinə gətirib çıxaracaq.

Nəşrin mənbələri bildiriblər ki, bank rəhbərliyi bu yaxınlarda ABŞ administrasiyasının nümayəndələri ilə görüş keçirib. UBS mətbuat xidmətinin nümayəndəsi heç bir şərh verməyib, lakin bankın qərargahının ABŞ-da yerləşdirilməsi ilə bağlı Prezident Donald Trampın nümayəndələri ilə görüşlərini inkar etməyib.

Avqustun 31-də “Neue Zürcher Zeitung” qəzeti yazıb ki, Tramp administrasiyasının təzyiqlərinə baxmayaraq, İsveçrə qızıl istehsalçıları ABŞ-da yeni zavodlar açmaq niyyətində deyillər.

Seçilən
10
4
hafta.az

5Mənbələr