AZ

Nuru Paşa və onun silahdaşlarının fədakarlığı bu gün də hörmətlə yad edilir

ain.az bildirir, Newscenter.az saytına əsaslanaraq.

“Azərbaycanın dövlətçilik tarixində 15 sentyabr 1918-ci il mühüm və şərəfli bir gündür. Bu tarixdə Azərbaycan Xalq Cümhuriyyəti ordusu və Osmanlı dövlətinin hərbi yardımı ilə Bakı şəhəri bolşevik və erməni daşnaklarının işğalından azad edilmişdir. Bu hadisə təkcə bir şəhərin azad olunması yox, həm də Azərbaycan xalqının milli mübarizəsinin və qurtuluş yolunun təntənəsi idi. Eyni zamanda Bakının işğaldan azad edilməsi Türkiyə-Azərbaycan qardaşlığının təkcə günümüzdə deyil, uzaq tarixə bağlı olduğunu sübuta yetirirdi”.Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkili bildirib ki, bu zəfər, təkcə hərbi qələbə deyil, həm də Azərbaycanın müstəqillik yolunda atdığı ən önəmli addımlardan biri oldu:“Nuru Paşa və onun silahdaşlarının fədakarlığı bu gün də hörmətlə yad edilir. Bu hadisə bizə bir daha sübut edir ki, xalq öz torpağı, azadlığı və gələcəyi uğrunda birləşəndə, qarşısında heç bir güc dayana bilməz”.İlham Məmmədov tarixə nəzər salaraq deyib ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra ölkənin bir çox bölgələri, o cümlədən Bakı, hələ erməni-bolşevik silahlı dəstələrinin nəzarəti altında idi:“Bakı şəhəri strateji və iqtisadi baxımdan, xüsusilə neftə görə çox mühüm əhəmiyyət daşıyırdı. Belə bir şəraitdə Azərbaycan hökuməti Bakının azad edilməsi üçün Osmanlı dövləti ilə razılaşma əldə etdi. Osmanlı tərəfindən Nuri Paşanın rəhbərliyi ilə yaradılan Qafqaz İslam Ordusu Azərbaycan milli qüvvələri ilə birlikdə Bakıya doğru yürüşə başladı. 1918-ci ilin avqust-sentyabr aylarında Bakı uğrunda şiddətli döyüşlər baş verdi. Nəhayət, 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan könüllü dəstələri Bakını erməni-bolşevik qüvvələrindən azad etdi. Beləliklə, Bakı ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin real nəzarətinə keçdi. Nəticə etibarilə Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı 1918-ci ilin dekabrında Gəncədən Bakıya köçürüldü”.Deputat qeyd edib ki, hər il 15 sentyabr tarixi Bakının Qurtuluş Günü kimi qeyd olunur:“Bakıda yerləşən Türk Şəhidliyi ziyarət edilir, Nuru Paşa və onun xilaskar ordusuna böyük ehtiram göstərilir”.Süleyman

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
1
newscenter.az

2Mənbələr