AZ

“Şamaxı”dan tarixi qələbə, “İmişli” özü-özünü "dəfn etdi" – Tura baxış

Milli komandaların oyunu ilə bağlı yaranan fasilə başa çatdı və Milsi Premyer Liqası qaldığı yerdən davam etdi. Elə sözün bütün mənalarında belə oldu. Görünən odur ki, problemi olan komandalar bu fasilədən lazımınca yararlana bilməyiblər. Sırasıyla bütün oyunlara toxunaq.

“Kəpəz” – “Araz-Naxçıvan 0:2 
Qollar:
Slavik Alxasov, 65. Bar Kohen, 85.
"Kəpəz": 22. Məmməd Hüseynov, 27. Məqsəd İsayev, 7. Ehtiram Şahverdiyev, 88. Şakir Seyidov, 9. Luis Paçu, 11. Vitor Feyjao, 29. Dioqo Verdaska, 12. Mahamadu Ba (k), 10. Ryonosuke Ohori, 38. Cefferson Bento, 6. Pedro Qomes.
Ehtiyat oyunçular: 1. Kaçper Rosa, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 77. Fərid Nəbiyev, 17. Ümid Səmədov, 15. Raul Məmmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 19. Otar Aptsiauri, 55. Kresus Donqo.
Baş məşqçi: Adil Şükürov.
"Araz-Naxçıvan": 12. Kristian Avram, 34. Ürfan Abbasov (k), 5. Slavik Alxasov, 4. Rahil Məmmədov, 6. Patrik Andrade, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 70. Çarlz Boli.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Qara Qarayev, 3. Bəxtiyar Həsənalızadə, 8. Coşqun Diniyev, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 24. Mustafa Əhmədzadə, 7. Hamidu Keyta, 77. Bruno Franko, 19. Bar Kohen.
Baş məşqçi: Elmar Baxşıyev.

“Araz Naxçıvan”ın işləri qaydasında gedir. Əyalət təmsilçisi ötən mövsüm olduğu kimi, sabit çıxış etməyi bacarır və özündən zəif komandalarla oyunlarda büdrəmir. İlk turda “Zirə”ylə heç-heçə oynayan “Araz Naxçıvan” ondan sonra keçirdiyi oyunların hamısında qalib gəlib. “Kəpəz”lə oyunun ilk yarısı qolsuz keçsə də, Elmar Baxşıyevin yetirmələri meydanda dominant görünürdülər. Hiss olunurdu ki, nominal qonaqlar gec-tez hesabı açacaqlar. Gözlənilən an 65-ci dəqiqədə yetişdi. Slavik Alxasov məhz 65-ci dəqiqədə hesabı açdı. 20 dəqiqə sonra Kohen komandasının üstünlüyünü artırdı. “Kəpəz”i iki dəfə məyus edən “Araz Naxçıvan” növbəti 3 xalını qazandı. Qələbə sayəsində Naxçıvan təçmsilçisi turnir cədvəlinin vahid liderinə çevrildi. 4 oyuna 10 xal toplayan “Araz Naxçıvan” rəqibləri üçün əlçatmazdır. “Kəpəz” isə turnir cədvəlinin əks qütbündə yer alıb. Qələbəyə həsrət Gəncə komandası “0” xalla sonuncu pilləni tutur.

“Qarabağ” – “Zirə” 1:1
Qollar:
Kadi Borqes, 81 - Ruan Renato, 38-pen.
“Qarabağ”: 99. Mateus Koxalski 27. Toral Bayramov 10. Abdullah Zubir (k) 81. Kevin Medina 8. Marko Yankoviç 20. Kadi Borqes 3. Sami Mmae 2. Mateus Silva 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev 97. Fabian Buntiç 55. Bədavi Hüseynov 30. Abbas Hüseynov 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 22. Musa Qurbanlı 32. Hikmət Cəbrayılzadə 18. Dani Bolt 6. Kris Kuaku 21. Aleksey Kaşuk 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.
“Zirə”: 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 21. Hacıağa Hacılı 26. Stefan Aka 4. Ruan Renato 9. Davit Volkov 10. Giorgi Papunaşvili 93. Brahim Konate 11. Junior Martins 17. Ayron Qomis 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 70. Namik Ələskərov 8. İsmayıl İbrahimli 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 25. Enrike Kustodio 28. Leroy Mikels 30. Rikardo Martins 20. İssa Cibrila 5. Ange Mutsinzi 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

“Qarabağ” hələ də Çempionlar Liqasından Premyer Liqaya keçid edə bilməyib. Əks halda “köhlən atlar” meydana çıxdıqları üç oyunun ikisində qələbəyə həsrət qalmazdılar. “Zirə” “Benfika” səfərinə hazırlaşan “Qarabağ”la oyuna yaxşı hazırlaşdığını ilk dəqiqələrdən göstərdilər. Rəqibindən çəkinməyən qəsəbə təmsilçisi 38-ci dəqiqədə penalti vurmaq hüququ qazandı. Topun başına keçən Ruan Renato büdrəməyərək hesabı açdı. “Qarabağ”ın məğlubiyyətdən qaçmaq cəhdləri sona 9 dəqiqə qalmış bəhrə verdi. Kadinin qolu tərəflərin meydandan “sülh”lə ayrılacağını rəsmiləşdirdi.
Xalını 8-ə çatdıran “Zirə” ilk “üçlük”də yer almağı bacarıb. “Qarabağ”ın isə bir oyunu ehtiyatdadır. Üç oyuna 4 xal toplayan Ağdam təmsilçisi 7-ci pillədə qərarlaşıb.

“İmişli” – “Sumqayıt” 1:0 
Qol:
Mehdi Cənnətov, 72-öz qapısına. 

Qırmızı vərəqə: Rafael Vieqaş, 90+5.
"İmişli": 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 11. Vüsal Qənbərov, 94. Rafael Vieqaş, 10. Nikola Karaklaiç, 29. Edvin Banquera, 14. Ronaldo de Souza, 6. Yau Moses, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan. 
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 99. İmam Əli, 77. Elmir Rəhimzadə, 21. Abbas Ağazadə, 97. Xəzər Mahmudov, 5. İdris İnqilablı, 44. Həzrət İsayev, 27. Lətif Rzayev, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli, 7. Luis Silvestr. 
Baş məşqçi: Jorje Kaşkilya. 
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 75. Nadir Orucov, 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskez, 80. Keffel Resende, 11. Aleksa Yankoviç. 
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 3. Höccət Haqverdi, 6. Rauf Rüstəmli, 21. Nihad Əhmədzadə, 47. Hüseyn Xıdırov, 66. Ruslan Əliyev, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 71. Masaki Murata, 25. Abdul Raşid. 
Baş məşqçi: Saşa İliç.

Nə qədər qəribə səslənsə də, Mehdi Cənnətovun qolu “İmişli”yə qələbə qazandırdı. Bəli, “Sumqayıt”ın dağıstanlı qapıçısı çox qəribə bir şəkildə topu öz qoruduğu qapıya göndərdi. Müdafiədə inamlı oynayan “İmişli” sona qədər qapısını toxunulmaz saxlamağı bacardı və “Sumqayıt”a cavab qolu vurmaq imkanı vermədi. Bununla da “İmişli” özünə doğmalaşdırmağa çalışdığı Qubada keçirdiyi ilk oyunda qələbə qazandı. Bu isə o demək idi ki, elitanın debütantı ardıcıl ikinci oyunda minimal hesablı qələbəyə sevinir. Amma sonradan məlum oldu ki, bu qələbə “İmişli”nin aktivinə xal gətirməyəcək. Adı protokolda yazılmayan futbolçunun meydana buraxılması görüşün nəticəsinin ləğv edilməsi, “Sumqayıt”ın texniki qələbə qazanacağı deməkdir. AFFA İcraiyyə Komitəsinin iclasına qədər isə “İmişli”nin aktivinə 3 xal əlavə olunub. Bununla da həm “İmişli”nin, həm də “Sumqayıt”ın topladığı xal sayı yeddidir. Komandalar 4-cü və 5-ci pillələri bölüşdürürlər.

“Turan Tovuz” – “Qəbələ” 1:0 
Qol:
Aleks Souza, 54.
“Turan Tovuz”: 1. Oleq Baklov, 29. Filip Ozobiç, 88. Faiq Hacıyev (k), 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 99. Vadji İbrahima, 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado, 19. Roberto Olabe, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 4. Şəhriyar Əliyev 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 11. Ayxan Hüseynov 6. Fərid Yusifli 2. Abdulla Rzayev 77. Veysəl Rzayev 90. Joarlem Santos.
Baş məşqçi: Kurban Berdiyev.
“Qəbələ”: 1. Səlahət Ağayev,  28. Murad Musayev (k), 13. Nicat Əliyev, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 50. Adriel Ba Loua, 3. Eduardo Kunde, 6. Xayme Syerra, 16. İsaak Amoah, 14. Domi Massumo, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 7. Rüfət Əhmədov, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 26. Elnur Mustafayev, 17. Qədir Ramazanov, 21. Ziya Şəkərxanov, 12. İbrahim Sanqare 70. Paulo Quimbila.
Baş məşqçi: Kaxaber Tsxadadze.

Gözlənilənlərin əksinə olaraq, “Turan Tovuz” “Qəbələ” ilə oyunda çətinliklə qələbə qazandı. Düzdür, “Azərsun Arena”da keçirilən qarşılaşmada nominal meydan sahiblərinin üstünlüyü aşkar idi. Amma bu üstünlüyü hesabda əks etdirmək uzun müddət mümkün olmadı. Səlahət Ağayevin və onun müdafiəçi yoldaşlarının inamlı oyunu “Turan Tovuz”un azarkeşlərini uzun müddət intizarda saxladı. Aleks Souzanın 54-cü dəqiqədə vurduğu qol isə oyunda yeganə oldu. “Qəbələ”nin hücumda “dişsiz” oynaması bu qolun cavabını verməyi mümkünsüz etdi. Kurban Berdıyev isə “1:0 olsun, bizim olsun” taktikasına sadiq qalıb, komandasını çox da irəli səsləmədi və tovuzlular daha çox hesabı qorumağın qeydinə qaldılar.
Keçirdiyi 4 oyundan birində məğlub olan, üç qələbə qazanan “Turan Tovuz” 9 xalla liderin ən yaxın izləyicisidir. “Qəbələ” isə ilk turda qazandığı bir xalın sayəsində “Kəpəz”i üstələyir və 11-ci pillədə yer alıb.

“Şamaxı” – “Karvan-Yevlax” 3:0
Qollar:
Alfons Msanqa, 38. Andrey Tirkoveanu, 45. Sezar Enrike, 71.
"Şamaxı": 1. Rikardo Fernandes 17. Rafael Məhərrəmli (k) 5. Arsen Ağcabəyov 82. Rüfət Abbasov 9. Karim Rossi 10. Andrey Tirkoveanu 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike 44. David Santos 8. Alfons Msanqa.
Ehtiyat oyunçular:  62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 27. Emil Süleymanov 97. Oruc Məmmədov 77. Nihat Mehralıyev 14. Ravil Qafarov 24. Sənan Muradlı 3. Vladislav Veremeyev 6. Antonio Lara 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Ayxan Abbasov
"Karvan-Yevlax": 1. Kamran İbrahimov 32. Elvin Yunuszadə (k) 6. Vadim Abdullayev 13. Vüsal Məsimov 14. Uğur Cahangirov 2. Şakil Sno 19. Tompson Qavi 3. Said İranxan 8. Peter Kinqs 10. Samuel Durrant 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 25. Əmrah Bulud 33. Eltun Turabov 42. İbrahim Qədirzadə 18. Süleyman Əhmədov 77. Əli Abdullayev 5. Nika Çaçaşvili 12. Vitor Roşa 37. Mois Nqvisani 21. İmani Barker.
Baş məşqçi: Azər Həşimov.

“Şamaxı” azarkeşlərinin üzü gülür. Onların sevimli komandası bu tur 3:0 hesabıyla qələbə qazanıb. Rəqibin də debütant “Karvan-Yevlax” olması “Şamaxı”nın işini bir qədər asanlaşdırdı. Səviyyə fərqini ortaya qoymağı bacaran “Şamaxı” doğma azarkeşlərinin qarşısında böyükhesablı qələbə qazandı. İlk yarıdakı ərazi üstünlüyü öz bəhrəsini 38-ci dəqiqədə verdi. Msanqa məhz bu dəqiqədə hesabı açdı. Fasilə ərəfəsində Tirkoveanu topu künc zərbəsindən birbaşa qapıya vurdu. Sezar Enrike isə 71-ci dəqiqədə yekun hesabı müəyyənləşdirdi.
Xalını 5-ə çatdıran “Şamaxı” 6-cı sıradadır. 4 xalı olan “Karvan-Yevlax” isə 9-cu sırada yer alıb.

"Neftçi" – "Sabah" 0:0
"Neftçi":
13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 17. Murad Xaçayev, 77. Falaye Sako, 6. Sessi Dalmeyda, 24. Mustafa Sek, 9. Bassala Sambu, 11. İmad Faraj, 10. Freddi Varqas, 23. Cordan Rezabala
Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 4. Elvin Camalov, 7. Emil Səfərov, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 27. Kristian Kostin, 22. Luis Ortis
Baş məşqçi: Samir Abasov.
"Sabah": 92. Stas Pokatilov, 2. Amin Seydiyev (k), 6. Abdulax Xaybulaev, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepiniça, 11. Kahim Parris, 53. Andrey Santos.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rustam Samiqullin, 17. Tellur Mütəllimov, 10. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev, 18. Pavol Safranko, 33. Umarali Raxmonaliyev
Baş məşqçi: Valdas Dambrauskas

“Neftçi” yenə də qol vurmağı və qələbə qazanmağı bacarmadı. “Ağ-qaralar” bu mövsüm cəmi bir dəfə fərqlənib ki, həmin qolu da Emin Mahmudov “Şamaxı”nın qapısına penaltidən vura bilib. Vəssalam. Belədə “Neftçi”nin qələbə qazana bilməməsi də təbii qarşılanmalıdır. Elə “Sabah”ın da problemləri xeyli ciddidir. Ötən tur “İmişli”yə “quru” hesabla uduzan “bayquşlar”ın işləri qaydasında getmir. Bununla belə, “Neftçi” ilə “Sabah” turun son oyununda qələbə qazanmaq üçün alışıb-yanmadılar, daha çox uduzmamağa çalışdılar. Bu mənada görüşün qolsuz bitməsi də qanunauyğunluq sayılmalıdır.
Aktivində 3 xal olan “Neftçi” “Qəbələ” ilə “Kəpəz”dən başqa hamıdan geridədir. 4 xallı “Sabah” isə 8-ci pillədə qərarlaşıb, “Neftçi”dən çox da uzaqda deyil.

Amal Abuşov

Seçilən
9
5
fanat.az

6Mənbələr