AZ

Gəncədə tam orta ümumtəhsil müəssisəsi təmirdən sonra istifadəyə verilib - FOTOLAR

Gəncə şəhər 24 nömrəli tam orta ümumtəhsil məktəbinin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, mərasimdə Təhsilinin İnkişafı Fondunun sədri Elnur Nəsibov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Səməd Tomuyev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, idarə əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Məktəb 1176 şagird yerlikdir. Tədris binasında 55 sinif otağı, 6 laboratoriya, 2 texnologiya, 3 informatika otağı, kitabxana, 270 nəfərlik akt zalı, idman zalı, hərbi hazırlıq kabineti və məktəbəhazırlıq otağı var. Məktəbdə 897 şagird təhsil alır. Təhsil müəssisəsinin 81 nəfər pedaqoji, 16 nəfər texniki işçisi var.

Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar.

Seçilən
35
5
sia.az

6Mənbələr