Sabirabad rayonu Moranlı kəndində dəhşətli qətl hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, kənd sakini, 1983-cü il təvəllüdlü Əliyev Rüstəm Mehman oğlu qətlə yetirilib.
Məlumata görə, qətlə yetirilən şəxsin başı bədənindən ayrılıb.
Qətli törətməkdə şübhəli bilinən rayonun Moranlı kənd sakini, 1992-ci il təvəllüdlü Əli Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Qətlin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.