AZ

TANAP Azərbaycandan olan əsas səhmdarına $479 mln. dividend ödəyib

“Cənub Qaz Dəhlizi” QSC (SGC) törəmə şirkətlərindən biri olan “TANAP” A.Ş.-dən 479.17 milyon ABŞ dolları həcmində dividend alıb.

Banker.az bunu qaz kəməri opratorunun illik hesabatına istinadən xəbər verir.

“TANAP” buna qədər SGC-yə dividend ayırmamışdı və keçən il ödənilən dividendin həcmi 814.59 milyon manat ekvivalentindədir.

“TANAP” layihəsində Cənub Qaz Dəhlizi QSC 51%, STEAŞ 7%, BP 12% və Türkiyənin BOTAŞ şirkəti 30% paya malikdir.

SGC özü də 2025-ci ildə ilk dəfə dövlətə 396.2 milyon manat məbləğində dividend ödəməlidir.

SGC 2024-cü il üzrə hesabat ilini 1.7 milyard ABŞ dolları həcmində xalis mənfəətlə və 2023-cü il ilə müqayisədə 33.9% artım ilə başa vuraraq cəmi kapitalını 15.9% böyüdüb.

Xatırladaq ki, SGC Azərbaycan Respublikasının Cənub Qaz Dəhlizi layihələrindəki iştirak paylarının saxlanılması, idarə edilməsi və maliyyələşdirilməsi məqsədilə yaradılmış qapalı səhmdar cəmiyyətdir. Cəmiyyət Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2014-cü il tarixli 287 saylı sərəncamı əsasında təsis edilmişdir. SGC-nin səhmlərinin 51%-i SOCAR-a məxsusdur, 49%-i isə Dövlət adından çıxış edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin sahibliyindədir.

Seçilən
46
banker.az

1Mənbələr