“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanında "Qızıl buts"a layiq görülüb.
QOL.az xəbər verir ki, o, ötən mövsüm ölkə çempionatının bombardiri kimi bu mükafata yiyələnib.
"Əl-Nəsr"in kapitanı ardıcıl ikinci dəfə "Qızıl buts" mükafatını qazanıb. Mükafatı ona "Əl-Nəsr"ın keçmiş kapitanı və klub tarixinin bombardiri Məcid Abdulla təqdim edib.
Qeyd edək ki, Ronaldo 2024/25 mövsümündə Səudiyyə Ərəbistanı çempionatında 30 oyun keçirib, 25 qol vurub və 3 məhsuldar ötürməverib. Forvard 2023-cü ildən "Əl-Nəsr"də çıxış edir.