AZ

Modriç 64 illik rekordu qırdı və tarixə düşdü

İtaliya A Seriyasının 3-cü turunda “Milan” öz meydanında “Bolonya”ya 1:0 hesabı ilə qalib gəlib.

Publika.az xəbər verir ki, “rossoneri”yə qələbəni yarımmüdafiəçi Luka Modriçin debüt qolu qazandırıb.

5 gün əvvəl 40 yaşını qeyd edən xorvatiyalı futbolçu İtaliya çempionatının yüksək divizionunda qol vuran ən yaşlı yarımmüdafiəçi olub.

"Opta"nın məlumatına görə, Modriç “Milan”ın sabiq oyunçusu Nils Lidholmun rekordunu qırıb. O, 1961-ci ildə “İnter”ə qol vurduqda 38 yaş 169 günlük olub.

Seçilən
11
publika.az

1Mənbələr