“Şamaxı”nın futbolçusu Edqar Adilxanovun ciddi zədə aldığını xəbər vermişdik.
İdmanxeber.az-a verilən məlumata görə, U-21 millimizin üzvünün qasıq əzələlərində dartılma var. Yarımmüdafiəçinin durumu ciddidir.
Gənc futbolçu yaxın vaxtlarda əməliyyat olunacaq. Onun 2-3 ay yaşıl meydanlardan kənar qalacağı gözlənilir.
Xatırladaq ki, 20 yaşlı futbolçu cari mövsüm “Şamaxı” forması ilə 3 oyunda çıxış edib və 1 qol vurub.