AZ

Güləşçilərimiz dünya çempionatına 3 medalla başladı


Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə dünya çempionatı davam edir.
Yeniavaz.com
xəbər verir ki, yarışın ikinci günündə sərbəst güləşdə ilk medalçılar müəyyənləşib.
Azərbaycan təmsilçilərindən Nürəddin Novruzov (61 kiloqram) təsəlliverici görüşlərdə ekvadorlu Coşua Kramerə (10:0) və ukraynalı Kamil Kərimova (12:2) tam üstünlüklə qalib gəlib. Nürəddin bürünc medal uğrunda görüşdə isə Şimali Koreya təmsilçisi Kum Kimə heç bir şans tanımayıb. Rəqibini “tuş”la üstələyən həmyerlimiz dünya üçüncüsü olub.
Arseniy Djioyev (86 kiloqram) təsəlliverici görüşdə ukraynalı Muxammed Aliyevə 7:2, bürünc medal uğrunda mübarizədə isə fransalı Raxim Maqamadova 7:0 hesabı ilə qalib gələrək bürünc medalı boynundan asıb.
Günün son qarşılaşmasında Giorgi Meşvildişvili (125 kiloqram) iranlı Amir Zareylə qarşılaşıb. Təmsilçimiz titullu rəqibinə 0:5 hesabıyla məğlub olaraq yarışı gümüş medalla başa vurub.
Seçilən
35
8
yeniavaz.com

10Mənbələr