Türkiyənin kişilərdən ibarət basketbol millisi Avropa çempionatında gümüş medala sahib olub.
KONKRET.az milliaz-a istinadən xəbər verir ki, final oyununda qardaş ölkə yığması Almaniya ilə qarşılaşıb və gərgin mübarizədə rəqibinə məğlub olub.
Riqada keçirilən həlledici görüş 88:83 hesabı ilə almanların qələbəsi ilə başa çatıb.
Turnirin bürünc medal oyununda isə Yunanıstan millisi Finlandiya üzərində 92:89 hesablı qələbə qazanıb.