AZ

Çində qızıldan loqotipi olan BYD satışa çıxarıldı

Çində yeni "BYD Yangwang U8L" flaqman krossoveri təqdim edilib.

Adalet.az xəbər verir ki, avtomobilin qiyməti 1.28 milyon yuandır (təqribən 306 min manat - red.).

Yeni U8L-in uzunluğu 5 400 mm, eni 2 049 mm, hündürlüyü isə 1 921 mm-dir. Təkər bazası 3 250 mm təşkil edir.

Avtomobildə dar faralar və matris radiator barmaqlığı var. Yolsuzluq avtomobili "Oracle" loqotipi ilə təchiz edilib. O, xalis 24 karat qızıldan hazırlanıb.

Qeyd olunur ki, avtomobil 1 180 at qüvvəsi hasil edən hibrid güc qurğusu ilə təmin olunub./oxu.az

Seçilən
28
8
adalet.az

9Mənbələr