AZ

Pxenyan: KXDR-in nüvə statusu geri dönməzdir...

Şimali Koreya ABŞ-nin denuklearizasiya çağırışlarını “anakronik” adlandırıb...

Poliqon xəbər verir ki, Şimali Koreyanın BMT-dəki daimi nümayəndəliyi ölkənin nüvə dövlət statusunun dəyişməz və geri dönməz olduğunu açıqlayıb. Reuters-in məlumatına görə, Pxenyan bu statusun artıq ölkənin ali və əsas qanununda təsbit olunduğunu bəyan edib.

Bəyanatda qeyd olunub ki, ABŞ tərəfindən səsləndirilən denuklearizasiya ilə bağlı “anakronik” fikirlər qəbuledilməzdir və Şimali Koreyanın siyasi kursuna heç bir təsir göstərməyəcək.

Xatırladaq ki, iyul ayında Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Çjon da oxşar mövqe ifadə edərək, ABŞ-ın yeni reallığı qəbul etməli olduğunu vurğulamışdı. Onun sözlərinə görə, Pxenyanın nüvə proqramı qəti xarakter daşıyır və heç bir gələcək danışıqların predmeti ola bilməz.

Kim Yo Çjon əlavə etmişdi ki, əgər Vaşinqton şəxsi münasibətləri Şimali Koreyanın nüvə proqramını dayandırmaq üçün vasitə kimi görürdüsə, bu cəhdlər yalnız “istehza mövzusu”na çevriləcək.

Ekspertlərin fikrincə, Pxenyanın bu mövqeyi ABŞ-KXDR münasibətlərində gərginliyin qalıcı olacağına işarədir. ABŞ tərəfi isə dəfələrlə bəyan edib ki, Şimali Koreyanın nüvə silahları region və dünya üçün ciddi təhlükə yaradır.

Poliqon.info

Seçilən
5
poliqon.info

1Mənbələr