AZ

Fidan: “ABŞ İsraili digər dostlardan üstün tutur”

AzVision.az xəbər verir ki, Qətərin“Al Jazeera” и “Qatar TV” telekanallarına müsahibəsində Türkiyənin Xarici İşlər naziri Hakan Fidan belə deyib.

“Bildiyiniz kimi, bütün Körfəz ölkələrinin, Türkiyənin və bizim prezidentimizin ABŞ ilə xüsusi əlaqələri var. Amma Amerika siyasi sistemində İsraillə münasibətlər müstəsnadır. Təəssüflər olsun ki, bu əlaqələr regionun digər ölkələri ilə qarşılıqlı əlaqələrdən üstündür. Təbii ki, bu vəziyyət Amerikanın bölgəmizdəki mövqelərinə baha başa gəlir. Bu, Amerikanın regional dostlarını təhqir edir və ABŞ-nin özü isə bunu dayandırmaqda çətinlik çəkir”, - Hakan Fidan bildirib.

Onun sözlərinə görə, Türkiyə rəhbərliyi hər yaranandaamerikalılarla bu məsələni müzakirə edir. Ankara vurğulayır ki, İsrailin insanlığa qarşı cinayətləri, mülki insanların ölümü və ekspansionist siyasəti təkcə regiona deyil, həm də qlobal təhlükəsizliyə böyük təsir göstərir.

- Biz onlara Amerikanın rəhbərlik etdiyi beynəlxalq sistemin dağılmaq ərəfəsində olduğunu deyirik. Amma burada da başa düşməliyik ki, Amerika siyasi sisteminin öz daxili dilemmaları var. Bunu da etiraf etmək lazımdır”,- Türkiyə XİN-in rəhbəri qeyd edib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
14
1
azvision.az

2Mənbələr