AZ

Atasını təhqir edən şəxsi öldürən 20 yaşlı gənc həbs edildi

Lənkəran Ağır Cinayətlər Məhkəməsi İmişli rayonunun Sarıxanlı kəndində baş verən qətl hadisəsi ilə bağlı cinayət işinə baxaraq hökm çıxarıb.

Məhkəmə 2005-ci il təvəllüdlü təqsirləndiriləni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə təqsirli bilib və onu 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib.

Demokrat.az BAKU.WS-ə istinadən xəbər veerir ki,  hadisə 2025-ci il yanvarın 17-də saat 22 radələrində Sarıxanlı kəndində baş verib.

Təqsirləndirilən şəxs atasının mobil telefon vasitəsilə tanışı ilə görüntülü danışığını eşidib və qurban Asif Allahverdiyevin (ad və soyad şərtidir) atasını təhqir etdiyini öyrənib. Qisas almaq niyyətilə evin mətbəxindən bıçaq götürərək kənddəki "Barber" yeməkxanasının qarşısına gedib.

Qurbanı çölə dəvət edib, mübahisə zamanı bıçaqla boyun nahiyəsinin sol tərəfindən vurub. Zədə boyun damarlarını və udlağı zədələyib, qurban İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, yanvarın 18-də saat 07:05-də ölüb.

Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ittihamı qismən qəbul edib və bildirib ki, qətl niyyəti olmayıb, lakin söyüş və təhqirə görə bıçaq atıb. O, hadisədən sonra şok vəziyyətinə düşüb və polisə təslim olub. Zərərçəkmişin hüquqi varisi (atası) məhkəmədə şikayətini geri götürüb və barışıq əldə etdiyini bildirib.

Seçilən
15
2
demokrat.az

3Mənbələr