AZ

İnvestorlar ABŞ fondlarından $19 milyard çıxarıblar

ABŞ-nin səhm fondları bir həftə ərzində müştərilərin vəsaitlərinin axını səbəbindən 19 milyard dollar itirib, bu barədə “Bank of America”nın hesabatında təqdim edilən “Emerging Portfolio Fund Research” (EPFR) məlumatlarında deyilir. Portfel menecerləri qeyd edirlər ki, belə bir hal investorların ABŞ fond bazarının son aylardakı artımından sonra mənfəəti fiksasiya etmək istəyi ilə bağlı ola bilər, xüsusən də ölkədə zəif əmək bazarı göstəriciləri fonunda.

Ən çox kapital axını avqustun əvvəlində (27.7 milyard dollar) və martın sonunda (20.2 milyard dollar) qeydə alınıb. İlin əvvəlindən qlobal investorlar ABŞ fondlarına 153 milyard dollar yatırıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə bir yarım dəfə azdır.

May ayından S&P 500 indeksi 18% artıb və mütəmadi olaraq tarixi maksimumları yeniləyir. ABŞ-də işsizlik üzrə zəif göstəricilər fonunda investorlar mənfəət qeydə alır. ABŞ Əmək Nazirliyinin məlumatına görə, ölkədə iş yerlərinin sayı avqustda cəmi 22 min artıb (iyulda bu göstərici 75 min olub), işsizlik isə 4.2%-dən 4.3%-ə yüksəlib.

“Bank of America”nın hesabatına əsasən, 10 sentyabrda başa çatan həftə ərzində dünya üzrə bütün səhm fondlarının müştəriləri onlardan 10 milyard dollar çıxarıb. Bu, avqustun əvvəlindən bəri ilk mənfi nəticə və ilin əvvəlindən üçüncü ən böyük göstəricidir. İnvestisiya axınının hamısı inkişaf etmiş ölkələr fondlarının payına düşüb.

EPFR-nin məlumatına görə, “developed markets” fondlarından həftə ərzində 10.4 milyard dollar çıxarılıb, halbuki bir həftə əvvəl onlara 14.4 mlrd dollar yatırılmışdı. “Emerging markets” fondlarına tələbat azalsa da, müsbət zonada qalıb: həftə ərzində onlara 500 milyon dollardan bir qədər çox vəsait yatırılıb ki, bu da əvvəlki həftə ilə müqayisədə altı dəfə azdır.

Hesabat həftəsində pul bazarı fondlarına 66 milyard dollar, istiqraz fondlarına 17 milyard dollar, təxminən 3.5 milyarddollar isə qızıl ETF-lərinə yatırılıb. Sonuncu göstərici tarixdə üçüncü ən böyük olsa da, əvvəlki həftənin nəticəsindən iki dəfə aşağıdır.

Seçilən
33
banker.az

1Mənbələr