AZ

Luka Modriç 64 illik rekordu yenilədi

sport24.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Milan"ın yarımmüdafiəçisi Luka Modriç A Seriyasının 3-cü turunda "Bolonya" ilə matçda (1:0) fərqlənərək komandasına 3 xal qazandırmaqla yanaşı, daha bir unikal göstəriciyə imza atıb. Sport24.az Opta portalına istinadən xəbər verir ki, 40 yaşlı xorvatiyalı İtaliya çempionatında qol vuran ən yaşlı futbolçu olub.

Əvvəlki rekord "Milan"ın sabiq yarımmüdafiəçisi Nils Lindholma məxsus idi. O, 1961-ci ildə adını tabloya yazdırmaqla "ən yaşlı qol vuran" adına sahib çıxmışdı.

Qeyd edək ki, Modriç bu yay "Milan"a 1 illik müqavilə bağlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
sport24.az

1Mənbələr