BAKI, 15 sentyabr. TELEQRAF
“İki il əvvəl nazirlərdən biri mütəşəkkil cinayətkar qrup tərəfindən hədələnib”.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyev bildirib.
Onun sözlərinə görə, qruplaşma nazirlər videozəng vasitəsilə təmasa keçib və tələblərini yerinə yetirmək üçün ailələrini hədələyib.
“Quldurların lideri birbaşa zəng vurub hədələdi ki, bunu etməsə, övladları və başqaları buna görə əziyyət çəkəcək. O, ağlaya-ağlaya yanıma gəl dedi ki, daha işləməyəcəyək, ərizə yazıb gedəcəm. Söylədim ki, qorxma, bununla məşğul olacağam, sonda o quldurların hamısını məhv etdik”.
DMT sədrinin sözlərinə görə, mütəşəkkil cinayətkar dəstə üzvlərinə qarşı müvafiq tədbirlər görülüb, naziri hədələyən şəxslər aradan götürülüb.
Taşiyev əlavə edib ki, Qırğızıstan hazırda MDB-də mütəşəkkil cinayətkar qrupların tamamilə məhv edildiyi yeganə ölkədir.