AZ

Türkiyə millisi Avropa ikincisi oldu

Basketbol üzrə Avropa çempionatının final oyunu keçirilib.

İdmanxeber.az xəbər verir ki, həlledici qarşılaşmada Türkiyə millisi Almaniya ilə üz-üzə gəlib. Maraqlı və gərgin mübarizə şəraitində keçən oyunda Almaniya millisi 88:83 hesabı ilə qələbə qazanaraq Avropa çempionu tituluna sahib çıxıb.

Qeyd edək ki, “Ay-ulduzlular” tarixində ikinci dəfə finala yüksəlsə də, titula yiyələnə bilməyiblər. Türkiyə yığması 24 il əvvəl də finalda Yuqoslaviya millisinə məğlub olmuşdu.

Seçilən
25
idmanxeber.az

1Mənbələr