AZ

“Mən azərbaycanlıyam” deyən erməni dünən Xankəndidə təxribat törətdi –VİDEO

2025-ci il sentyabrın 14-də Xankəndi şəhərinin erməni əsilli sakini 1967-ci il təvəllüdlü Karen Avanesyan qabaqcadan gizlətdiyi “Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4 sandıqcanı,  eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib. 

Cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan tutulub. Əməliyyat zamanı bir polis əməkdaşı yaralanıb.

Sözügedən erməni bir müddət öncə “mən azərbaycanlıyam” deməsi ilə gündəmə gəlmişdi.

Belə ki, Baku TV ötən ilin mart ayında K.Avanesyandan müsahibə alıb. Burada o, guya separatçı rejimi heç vaxt qəbul etmədiyini, Azərbaycan vətəndaşı olduğunu deyir. Maraqlısı da budur ki, o, müsahibəni Azərbaycan dilində verib.

Hər sözündə yalan olan bu erməni gerçək yaşını da gizlətməyi unutmayıb.

 

AzPost.az

Seçilən
50
11
azpost.info

10Mənbələr