AZ

"Fənərbağça" 3 xal qazandı

Türkiyə Superliqasının 5-ci turunda maraqlı və prinsipial qarşılaşma baş tutub.

Milli.Az xəbər verir ki, İstanbulda "Fənərbağça" doğma azarkeşləri önündə "Trabzonspor"u qəbul edib.

Bu oyun "Fənər"in yeni baş məşqçisi Domeniko Tedesko üçün debüt xarakteri daşıyıb.

Matçın 17-ci dəqiqəsində "Trabzonspor" azlıqda qalıb. Say üstünlüyünü meydan sahibləri yalnız ilk yarının sonuna yaxın dəyərləndiriblər. Ən-Nəsirinin vurduğu qol hesabı müəyyənləşdirib - 1:0.

Qələbədən sonra "Fənərbağça" 10 xalla turnir cədvəlində ikinci pillədə yer alıb. Eyni xala malik "Trabzonspor" isə bir oyun artıq keçirməsinə baxmayaraq, üçüncü sırada qərarlaşıb.

Hüseyn
Milli.Az

Seçilən
25
1
milli.az

2Mənbələr